ABŞ Rusiya və İrana qarşı sanksiyaları gücləndirəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel mətbuat konfransında bildirib.
Patel qeyd edib ki, İran Rusiyaya PUA-lar versə, sanksiyalar daha da sərtləşdiriləcək.
Diplomat qeyd edib ki, İran bu yaxınlarda Rusiya tərəfə öz istehsalı olan PUA nümunəsini təqdim edib. Bu avadanlıqların zərbə variantları da mövcuddur.