ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə “TikTok” sosial şəbəkəsindəki təhlükəsizlik problemləri ilə əlaqədar xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, amerikalı mütəxəssislər Çinun “TikTok” platformasını təhlükəli proqram hesab edirlər.
“Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik”, - məlumatda deyilir.
Qeyd edək ki, ABŞ-da siyasətçilər seçki ptosesində “TikTok”dan geniş stifadə edirlər.