“Qardaş xristian xalqları” əvvəlcə Rusiyanı sağdılar, onun sərvətlərində parazitlik etdilər, sonra isə ona xəyanət etdilər.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Rusiya-Türkiyə münasibətlərinin mövcud durumunu dəyərləndirib:
“Hazırkı beynəlxalq vəziyyətdə Türkiyə Rusiyanın təbii, praqmatik olsa da, geosiyasi müttəfiqi kimi görünür. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə irəliləməli və hərəkət etməliyik. Ərdoğan NATO-ya təzyiq edir və onun genişlənməsinə mane ola bilər.
Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi və ABŞ-dakı fırıldaqçı və korrupsioner siyasətçilərdən qat-qat ləyaqətli və dürüstdür.
“Qardaş xristian xalqları” əvvəlcə Rusiyanı sağdılar, onun sərvətlərində parazitlik etdilər, sonra isə ona xəyanət etdilər. Demək olar ki, tam gücü ilə. Məsələn, Yunanıstan və Bolqarıstan buna bariz nümunədir. Amma türk və müsəlman dünyası Rusiyanı dəstəklədi.
Putin və Ərdoğan arasında bütün Soçi razılaşmalarını sürətləndirilmiş templə həyata keçirmək lazımdır. Varlıq şüuru müəyyən edir, eynən iqtisadiyyatın siyasəti müəyyən etməsi kimi. Yaşasın Rusiya-Türkiyə strateji müttəfiqliyi”.