ABŞ Konqresinin Nümayəndələr Palatası inflyasiyanın azaldılmasına yönəlmiş paketi təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, sənəd imzalanması üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.
755 səhifəlik mətndən ibarət qanun layihəsi federal büdcə kəsirinin azaldılması, ictimai səhiyyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla bir sıra tədbirləri əhatə edir.
Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur.
ABŞ hakimiyyəti yeni büdcənin ölkədə inflyasiyanı azaldacağına ümid edir.