13 Avqust 2022 13:13
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton məğlubiyyətdən qaçmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlar masasına qayıtmağa məcbur etməlidir, bu, ABŞ üçün ən yaxşı həll yolu olardı”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev deyib.

“Yaxın tarixdə Əfqanıstanda olduğu kimi, Vaşinqtonun alçaldıcı məğlubiyyətdən qaçması üçün ən yaxşı həll Zelenskini mənasız müqavimətini dayandırmağa və çox gec olmadan danışıqlar masasına qayıtmağa məcbur etməsi olardı”, - diplomat vurğulayıb.

Darçiyev qeyd edib ki, Vaşinqton Moskvanın arqumentlərini eşitməməyə üstünlük verir.

ABŞ mediası isə Rusiya rəhbərliyinin müharibəni dayandırmağın yollarını axtardığını iddia edir. Amerika mənbələrinə görə, Moskva “əlverişli zəmin” yaranan kimi Kiyevə dialoq təklifi verəcək. Bunun noyabrda baş verəcəyi ehtimalı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər