14 Avqust 2022 16:02
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizində Türkiyə ilə gərginliyi artıran Yunanıstan Fransadan aldığı 24 ədəd “Rafale” tipli döyüş təyyarəsindən 6-sını Afina yaxınlığındakı Tanaqra hava bazasında yerləşdirib.

Teleqraf.com xəbər verir ki, fransalı mütəxəssislərin iştirakı ilə Yunanıstan Hərbi Hava Qüvvələrinin təlim uçuşlarının davam etdiyi vaxtda Afinadan gərginliyi artıracaq qərar gəlib.

“Rafale”ləri Tanaqra bazasına göndərən Yunanıstan bunun ardınca uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə “Patriot” müdafiə sistemlərini də burada yerləşdirib.

Bu gəlişmə fonunda, Afinanın Parislə 2.8 milyard dollarlıq alış çərçivəsində Fransa Hərbi Hava Qüvvələrindən daha 18 döyüş təyyarəsi alacağı da bildirilir.

Yunanıstanın Egey və Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hava üstünlüyünü təmin etmək üçün ABŞ-dan F-35 döyüş təyyarələrinin alınması üçün çalışdığı, iqtisadi çətinliklərə və xarici borcların artmasına baxmayaraq silahlanmağa davam etdiyi diqqətdən yayınmır.


Müəllif: Mənsur Rəğbətoğlu