İndoneziyanın şərqində zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin 5,7 bal gücündə olduğunu bildirilib.
Dənizin təxminən 30 kilometr dərinliyində baş verən zəlzələnin ciddi dağıntı və insan itkisinə səbəb olmadığı açıqlanıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumundan verilən açıqlamada zəlzələnin sunami törətmə ehtimalının az olduğu qeyd olunub.