Rusiya silahlı qüvvələri Ukraynanın cənubundakı Nikolayev bölgəsini raket atəşinə tutub. Atışma zamanı Bereznehuvate qəsəbəsində bir nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Rusiyanın davam edən həmlələri ara-sıra atəşə tutulan Zaporojjya AES-lə bağlı narahatlıqları kəskin şəkildə artırıb.
Qeyd edək ki, Zaporojjya qurğusu Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov Beynəlxalq Atom Enerjisi Agentliyinin təftiş missiyasına icazə vermək üçün Ukraynanı stansiyaya hücumu dayandırmağa çağırıb.