Türkiyə xüsusi təyinatlıları YPG-nin (PKK terror təşkilatının Suriya qanadı) 4 terrorçunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü, avqustun 14-də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentdən bildirilib ki, terrorçular “Sülh mənbəyi”, “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatları zonalarına atəş açıblar.