ABŞ öz keçmiş prezidenti Donald Trampla bağlı təhqiqata qarışmadığı kimi, başqa bir suveren dövlətdə baş verən hər hansı istintaqa da müdaxilə etməməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya rəsmisi ABŞ prezidentinin sözçüsü Karin Jan-Pyerin Ağ Evin Trampın evindən məxfi sənədlərin aşkarlanması ilə bağlı təhqiqata müdaxilə etməməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
“Bəs onda niyə başqa araşdırmalara müdaxilə edir? Ağ Ev və Dövlət Departamenti suveren bir dövlətdə baş verən hər hansı istintaqa müdaxilə etməməlidir, çünki onlar Amerikanın araşdırmalarına da qarışmırlar”, - Zaxarova bildirib.