15 Avqust 2022 16:28
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasında uzun müddətdir davam edən F-16 danışıqlarında önəmli irəliləyişin əldə olunduğu vaxt Müdafiə Nazirliyinin texniki heyəti ABŞ-a gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-dan F-16 tədarükü çərçivəsində 2021-ci ilin dekabr, fevral və 2022-ci ilin mart aylarında Türkiyədə üç görüş keçirilib. F-16-ların tədarükü və modernləşdirilməsinin tez bir zamanda həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin texniki heyəti ABŞ-ın dəvəti ilə danışıqlar aparmaq üçün bu ölkəyə gedib”, - açıqlamada bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu