15 Avqust 2022 21:11
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anti-İŞİD beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Əl-Tənif bölgəsindəki hərbi baza yaxınlığına pilotsuz uçan aparatlarla hücum həyata keçirildiyini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, ABŞ liderliyindəki koalisiyadan verilən açıqlamada bildirilib ki, Suriya, İraq və İordaniya sərhəd üçbucağında yerləşən Tənif bölgəsindəki hərbi məntəqə hava vasitələri ilə hücuma məruz qalıb.

Açıqlamada koalisiyanın və yerli silahlı qüvvələrdən ibarət “Maqavir əs-Səvra”nın PUA-lara cavab verdiyi və bəzilərini zərərsizləşdirdiyi iddia edilib.

PUA-ların kimə aid olduğu və haradan havaya qalxdığı barədə məlumat verilməsə də, hücumda can itkisi və maddi ziyanın olmadığı deyilib.

Suriyada fəaliyyət göstərən ABŞ və koalisiya qüvvələrinə məxsus hərbi məntəqələr tez-tez İranın dəstəklədiyi terror qruplaşmalarının olduğu bölgələrdən dron və raket hücumlarına məruz qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər