15 Avqust 2022 21:26
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Rusiya ilə sərhədi möhkəmləndirmək niyyətindədir.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Sanna Marin mətbuat konfransında bildirib .

“Biz əmin olmalıyıq ki, Finlandiyanın gələcəkdə kifayət qədər hərbi potensialı olacaq və biz onu gücləndirməyə çalışırıq. Biz yeni döyüşçülərə çox böyük sərmayə qoymuşuq və gələcəkdə daha çox sərmayə qoymağa hazırıq. Madam ki, ölkənin aqressiv qonşusu var, biz sadəlövh ola bilmərik. Biz gələcəkdə mümkün təhdidlərə hazır olmalıyıq”, – deyə o bildirib.

Finlandiya Nazirlər Kabineti həmçinin rusiyalıların ölkəyə səfərlərinin məhdudlaşdırılması məsələsini müzakirə etmək üçün qeyri-rəsmi iclas keçirəcək .


Müəllif: Teleqraf.com