Dörd dəfə COVID-19-a qarşı peyvənd olunmuş "Pfizer" şirkətinin baş direktoru Albert Burla koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Twitter səhifəsində məlumat verib .
“Sizə bildirmək istəyirəm ki, COVID-19 üçün testim müsbət olub. Pfizer-BioNTech peyvəndinin dörd dozasını aldığım üçün minnətdaram və özümü yaxşı hiss edirəm"- deyə, Burla yazıb.
O, vurduğu peyvəndlər sayəsində yüngül simptomların olduğunu vurğulayıb.
Burla əlavə edib ki, özünü təcrid edib və müalicəyə başlayıb.