16 Avqust 2022 00:55
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Milli Müqavimət Cəbhəsi (AMFSA) ölkədə Taliban hərəkatının hakimiyyətinin birinci ildönümü günü Pəncşirdə hökumətin mövqelərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, hücumda 25 Talibançının öldürüldüyünü, 18-nin yaralandığını və bir nəfərin əsir götürüldüyünü iddia edilir.

Bundan əlavə, Cəbhə döyüşçüləri ötən gecə Kapisa və Pərvan əyalətlərində Taliban mövqelərinə hücum ediblər.

Bu gün həmçinin Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.


Müəllif: Teleqraf.com