15 Avqust 2022 21:57
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Voleybol Federasiyası milli komandanın üzvü Saad Sulamanın Konyada keçirilən V islam Həmrəyliyi Oyunları səbəb olduğu qalmaqala görə Türkiyədən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, federasiya prezidenti prezidenti Əli ibn Qanem Əl Kuvari yerli hakimlərə baş kəsmək işarəsi göstərən liberonun hərəkətinin yolverilməz olduğunu bildirib. O, insidentlə bağlı təəssüf hiss keçirdiyini söyləyib.

Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ isə voleybolçudan Beynəlxalq Voleybol Federasiyasına (FIVB) şikayət ünvanladıqlarını vurğulayıb.

Qeyd edək ki, Saad Sulaman Türkiyə yığmasına qarşı matçın 3-cü seti başa çatdıqdan sonra hakimə baş kəsmək işarəsi edib. Daha sonra Qətər Voleybol Federasiyası instaqramda "İdman bizi bölməz, birləştirər" paylaşımı edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər