16 Avqust 2022 09:59
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın işğal edilmiş Krım yarımadasının Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

“Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər var: rusların Cankoy rayonunun Qalay kəndindəki hərbi hissəsinə uğurlu zərbə endirilib. Bir saatdır ki, partlayış səsləri eşidilir”, - Çubarov bildirib.

O əlavə edib ki, zərbə Rusiya ordusunun silah-sursat anbarına endirilib.

Bu gün səhər saatlarında Krımda partlayış səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar Cankoy rayonundakı elektrik yarımstansiyasında baş verib. Obyektin tüstülədiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu