“İranın Rusiyaya 1000 ədəd “Şahid 129” pilotsuz uçan aparatı (PUA) verəcəyinə inanmıram”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“İnanmıram ki, İran Rusiyaya bu qədər dron verəcək. Çünki İranın bu dronları istehsal etmək gücündə olduğuna şübhə edirəm”, - Jdanov bildirib.
Ekspertin sözlərinə görə, İran ildə cəmi 9-10 belə PUA istehsal edə bilir:
“Hətta Türkiyənin texnologiyaya çıxışı və böyük gücü və potensialı olan “Bayraktar” zavodu ildə 200 PUA istehsal edir”.
Buna görə də ekspert sərt sanksiyalar altında olan İranın bu müqaviləni yerinə yetirə biləcəyinə şübhə ilə yanaşır: “Bunlar da zavodda yox, əllə yığılır”.
Bundan əvvəl Rusiyanın İrana 1000-ə yaxın “Şahid 129” dronu sifariş verməsi haqda məlumat yayılıb.