16 Avqust 2022 10:35
2 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşündə gündəmə gələn F-16-ların alınması və modernləşdirilməsi prosesi ilə bağlı danışıqlar aparmaq üçün Türkiyədən bir hərbi heyət ABŞ-a gedib.

Teleqraf.com xəbər verir ki, ABŞ-dakı yunan və erməni lobbisinin əks-təbliğatına baxmayaraq, prosesin müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Türkiyə sentyabr ayında 40 yeni F-16 qırıcısının alınması və inventarındakı 79 ədəd F-16 döyüş təyyarəsinin modernləşdirilməsi üçün ABŞ-a rəsmi sorğu məktubu göndərib.

Məlumata görə, danışıqlar zamanı ABŞ Konqresinə alınacaq F-16-lar və modernizasiya dəstləri haqda təqdim ediləcək detallı təklif məktubu üzərində iş aparılacaq. ABŞ Türkiyənin istəkləri çərçivəsində qiymət təklifi verəcək.

Digər yandan, Ankara ABŞ Nümayəndələr Palatası tərəfindən Türkiyəyə satılacaq təyyarələrin Yunanıstanın hava məkanını pozmayacağına dair tələbin qaldırılacağını da düşünür. Bu məsələ ilə bağlı Pentaqonun Konqresə məktub göndərməsinin kifayət edəcəyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər