Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqars Rinkeviçlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında mühüm açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Suriya və Türkiyə arasındakı son gəlişmələrə toxunan nazir ikitərəfli görüşün keçiriləcəyi barədə yayılan iddianı da cavablandırıb:
“Suriyanın sərhədi və ərazi bütövlüyünə önəm veririk. Suriyada daimi həll siyasi həlldir. Rejimlə müxalifət razılaşmalıdır. İlk dəfə deyil ki, rejimlə müxalifəti bir araya gətiririk. Suriyada daimi sabitlik üçün bu görüşün vacib olduğunu bildiririk”.
Nazirin Türkiyə bayrağını yandıran suriyalı müxaliflərə reaksiyası belə olub:
“Bayrağımıza uzanan əlləri qırarıq. Həbslər də var. Bu terrorçuları, İŞİD-in qalıqlarını bu ölkədən tamamilə təmizləmək lazımdır. Təhlükəsizliyin bərqərar olması üçün Suriyanın sabitliyi vacibdir”.