16 Avqust 2022 16:20
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

Teleqraf.com xəbər verir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun verdiyi məlumata görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.


Müəllif: Mənbə/Report