17 Avqust 2022 11:34
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın iki-üç ay ərzində Rusiya qoşunlarının Krımdakı hərbi obyektlərində daha çox partlayışlar baş verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya qoşunlarının Krımın Cankoy rayonundakı sursat anbarında baş verən partlayış və yanğın burada onlar üçün ölüm riskinin yüksək olduğunu göstərir.

Podolyak keçən həftə Novofedorivkadakı aviabazaya hücumun partizanların işi ola biləcəyini istisna etməyib: “Yaxın iki-üç ay ərzində daha çox belə hadisələrin olacağını proqnozlaşdıran Rusiya Müdafiə Nazirliyi ilə razıyam. Düşünürəm ki, belə halları daha çox görə bilərik”.

O, həmçinin işğal altındakı Krımı Rusiyaya birləşdirən körpünün Kiyevdə qanuni hərbi obyekt hesab edilib-edilmədiyini açıqlayıb:

“Bu, qeyri-qanuni tikintidir və Krımda Rusiya ordusunun təchizatının əsas marşrutudur. Bu cür obyektlər məhv edilməlidir”.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin fikrincə, dünən Cankoy yaxınlığında baş verən partlayışlar nəticəsində Rusiyanın logistikasına ciddi ziyan vurub. Eyni zamanda, ekspertlərdə zərbələrin Ukrayna Silahlı Qüvvələrinə verilən Qərb silahları ilə həyata keçirildiyi barədə məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər