Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun qondarma Donetsk Xalq Respublikasındakı (Makivsti şəhəri) komanda məntəqəsinə zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” televiziyası kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində 15 nəfər ölüb, 70-i yaralanıb. Bundan başqa, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) bir polkovniki, iki mayoru sıradan çıxarılıb.
Yaralıların çoxunun vəziyyətininin ağır olduğu bildirilib.