17 Avqust 2022 21:28
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin lideri Mahmud Abbasın Almaniyaya səfəri zamanı “İsrail 1947-ci ildən bəri 50 Fələstin kəndində 50 qırğın və 50 Holokost törədib” sözlərinə gələn reaksiyalara cavab olaraq açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Fələstin lideri Mahmud Abbasın Holokostun müasir bəşəriyyət tarixində törədilən ən amansız cinayət olduğunu vurğuladığı və sözlərinin bu soyqırımının xüsusi yerinin olduğunu inkar etmədiyi bildirilib.

Açıqlamada Fələstin liderinin məqsədinin “İsrailin cinayətləri”ni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olduğu iddia edilib.

Mahmud Abbas Berlinə səfəri zamanı Almaniya Baş naziri Olaf Şolz ilə birgə mətbuat konfransında “İsrail Fələstində 50 Holokost törədib” ifadəsini işlədib.

“Fələstin lideri 1972-ci ildə Münhen Olimpiadası zamanı baş verən hücuma görə İsrail və Almaniyadan fələstinlilər adından üzr istəyəcəkmi və hadisənin aydınlaşdırılmasına kömək edəcəkmi” sualına cavab olaraq, Mahmud Abbas İsrailin 1947-ci ildən bəri fələstinliləri qətlə yetirdiyini iddia edib.

“1947-ci ildən bu yana İsrail 50 Fələstin kəndində 50 qırğın və 50 Holokost törədib”, - Abbas deyib.

Fələstin liderinin çıxışına Almaniya və İsrail baş nazirləri dərhal reaksiya veriblər.

Almaniya Kansleri Olaf Şolzun münasibəti belə olub: “Fələstin Prezidenti Abbasın verdiyi ağlasığmaz açıqlamalar məni çox qəzəbləndirdi. Bu, xüsusilə biz almanlar üçün dözülməz və qəbuledilməzdir. Holokost cinayətlərini inkar etmək cəhdini pisləyirəm”.

İsrail Baş naziri Yair Lapid isə Fələstin başçısına belə reaksiya verib: “Mahmud Abbasın Almaniya torpaqlarında olarkən İsraili “50 Holokost”da ittiham etməsi təkcə mənəvi ayıb deyil, həm də dəhşətli yalandır. Tarix Abbası heç vaxt bağışlamayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər