Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan ticarət-iqtisadi sahədə əməkdaşlığı müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ticarət-iqtisadi sahədə Rusiya-Ermənistan əməkdaşlığının əsas məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Mişustin və Paşinyan Avrasiya İqtisadi İttifaqında əməkdaşlığın genişləndirilməsinin prioritet məsələlərini və avqustun 25-26-da Çolpon-Atada (Qırğızıstan) keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının sessiyasının hazırlanmasını da müzakirə ediblər.