17 Avqust 2022 21:43
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada avqustun 30-dan sentyabrın 5-dək “Vostok-2022” hərbi təlimləri keçiriləcək. Çin, Hindistan, Belarus, Tacikistan, Monqolustan, Rusiya və digər ölkələr təlimdə iştirak edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin tərəfi iştirakçı ölkələrin silahlı qüvvələri ilə praqmatik və mehriban əməkdaşlığı dərinləşdirmək, bütün tərəflər arasında strateji koordinasiya səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə qarşı durma qabiliyyətini artırmaq məqsədilə bu təlimdə iştirak etmək üçün şəxsi heyəti göndərib”. Çin tərəfi bildirib.

Çin Müdafiə Nazirliyi “təlimlərin hazırkı beynəlxalq və regional vəziyyətlə əlaqəli olmadığını” qeyd edib. Rusiya Müdafiə Nazirliyi təlimlərin Şərq Hərbi Dairəsinin poliqonlarında keçiriləcəyini açıqlayıb.


Müəllif: Teleqraf.com