Türkiyənin “Abdülhamid Han” adlı dördüncü qazma gəmisi bu gün Aralıq dənizində ilk qazma işlərinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez “Twitter“ hesabında paylaşım edib.
O qeyd edib ki, gəmi ilkin olaraq “Yörükler-1” quyusunda təbii qaz axtarışına başlayıb.