18 Avqust 09:50
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Zaporoje istiqamətində Rusiya qoşunlarının hücumunun qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri Novopavlovsk və Zaporoje istiqamətlərində işğal etdikləri əraziləri müdafiə edirlər.

“Rusiya qoşunları Novosilka, Novomixailovka, Boqoyavlenka, Stepnogirsk, Şevçenko, Burlatsk, Zaliznıçne, Qulyapilsk, Lukyanovsk, Preobrajenka, Poltavka yaşayış məntəqələrini atəşə tutub. Zeylovka, Poltavka və Xaylenbayı yaxınlığında dronla hava kəşfiyyatı aparıb. Yexorivka-Şevçenko istiqamətində hücum əməliyyatları keçirməyə cəhd edib, amma bu səyləri nəticəsiz qalıb, geri çəkiliblər”, - Baş Qərargah bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu