18 Avqust 2022 12:44
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya qüvvələri avqustun 24-də - Ukraynanın Müstəqillik Günündə Mariupolda həyata keçirdiyi qanlı Alyonovka ssenarisini təkrarlamağı planlaşdırır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirov deyib.

Onun sözlərinə görə, ruslar Ukraynanın “Azov” alayının hərbçilərinin qondarma mühakiməsinin planlaşdırıldığı məhkəmə binasını atəşə tutmaq və ya partlatmaq istəyirlər.

“Söhbət ondan gedir ki, Rusiya xüsusi xidmət orqanları “Toçka-U” taktiki raketlərindən istifadə etməklə məhkəmə binasının atəşə tutulması, ya da partladılması ssenarisini həyata keçirəcək. Bu plan məhz avqustun 24 üçün hazırlanıb. Söhbət Alyonovka ssenarisinin təkrarlanmasından gedir”, - Sneqirov qeyd edib.

Ekspert bildirib ki, kəşfiyyat məlumatına görə, qanlı ssenari Mariupolda hazırlanır.

Sneqirov iddia edib ki, Rusiya “Azov” alayının hərbçilərinə qarşı “məhkəmə prosesi”nin aparılmasının qarşısını almaq məqsədilə Ukrayna Silahlı Qüvvələrini atəşə tutmaq adı altında, bu ssenarini həyata keçirəcək.

Əsir götürülmüş “Azov” döyüşçülərinin qondarma məhkəməsi avqustun 24-də təyin olunub. Rusiya mətbuatı alay hərbçilərinin Ukrayna əleyhinə ifadə verəcəklərini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu