18 Avqust 2022 15:32
2 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşlə bağlı mövqeyini dəyişib və üzbəüz danışıqların təşkili şərtlərini yumşaldıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN Türkiyə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əvvəllər Moskvanın ilkin şərti sülh danışıqları üçün yol xəritəsinin əvvəldən müəyyənləşməsi idisə, indi Kreml dövlət liderlərinin təkbətək görüşündə bu xəritənin müzakirəsinə razıdır.

“Liderlər yol xəritəsini müzakirə və müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, - rəsmi mənbə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər