Rusiya Hərbi Dəniz Qüvvələrinin 10-a yaxın gəmisi Qara dənizdə manevr edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının nümayəndəsi Vladislav Nazarov məlumat verib.
“Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin 10-a yaxın gəmisi manevr edir. Onlar Krım sahilləri boyunca Novorossiyskədək təhlükəsiz ərazilərdə gizlənirlər. 16 ədəd “Kalibr” qanadlı raketi və böyük amfibiya hücum gəmisi ilə düşmənin iki yerüstü daşıyıcısı döyüş növbətçiliyindədir”, - Nazarov bildirib.
Ukraynalı zabit rusların gün ərzində cənub istiqamətində ciddi itki verdiyini də açıqlayıb:
“Düşmən ordusu 5 raket sistemi, “Legenda-2” peyk rabitə stansiyası kompleksi və tank əleyhinə raket kompleksini itirib”.
Nazaraov Blaqodatnıda rus qüvvələrinin sursat anbarının da məhv edildiyini deyib.