19 Avqust 2022 00:14
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Zelenski BMT-nin baş katibi Antoniu Quterreşlə görüşündən sonra belə bəyanatla çıxış edib.

"Mən baş katibi Rusiyanın əsirlərlə bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik", - Prezident deyib.

O, həmçinin vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyənləşdirmək lazımdır.


Müəllif: Teleqraf.com