19 Avqust 00:39
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi komandanlığı Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) işini dayandırmaqla hədələyir.

Teleqraf.com xəbər verir ki, bu barədə RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.

“5 və 6-cı enerji bloklarının “soyuq rezerv”ə daxil edilməsi məsələsinə baxıla bilər ki, bu da Zaporojye Atom Elektrik Stansiyasının dayanmasına səbəb olacaq”, - deyə Rusiya ordunun general-leytenantı bildirib.

Kirillov qeyd edib ki, “AES-in Ukrayna tərəfindən atəşə tutulması ilə bağlı vəziyyət davam edərsə”, Zaporojye AES-in işi dayandırılacaq.


Müəllif: Teleqraf.com