19 Avqust 2022 08:29
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına eniş edərkən iki kiçik təyyarə toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına istinadən “The Washington Post“ məlumat yayıb.

Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.

İkimühərrikli “Cessna 340”-ın göyərtəsində iki nəfər, birmühərrikli “Cessna 152”-nin göyərtəsində isə yalnız pilot olub.


Müəllif: Teleqraf.com