19 Avqust 2022 12:18
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Rusiya-Ukrayna müharibəsi ilin sonuna qədər səngiyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı ekstrasens Rubina Tsıbulska deyib.

“Zaman çətin, çox çətin olacaq. 2023-cü il qaranlıq, soyuq, gərgin, amma boş olmayacaq. İnsanlar indi müşahidə olunan durğunluqdan tədricən çıxacaqlar”, - ekstrasens bildirib.

Onun sözlərinə görə, ölkə tədricən bərpa olunacaq, insanlar əvvəlki həyatlarına qayıdacaqlar, işləyəcəklər, fəallaşacaqlar: “Ukraynalıların həyatında baş verən ən pis şey 2022-ci ildə qalacaq”.

Rubina ümumilikdə Ukraynanı gələcəkdə nələrin gözlədiyini də deyib, bildirib ki, ölkənin bərpası çox vaxt aparacaq: “Ən pisi odur ki, hər kəs yalnız özünə güvənməli olacaq”.

Ukraynada müharibənin nə vaxt bitəcəyi sualını cavablandıran ekstrasens qeyd edib ki, 2022-ci ilin sonuna kimi aktiv hərbi əməliyyatlar səngiyəcək, qələbələr olacaq, amma bu, yekun deyil.

“Hərbi fəallıq gələn ildə müşahidə olunacaq. Bəzi işğal olunmuş ərazilərdə müəyyən aktivlik olacaq. 2023-cü ilin yazı çox şeyə yekun vuracaq. Daha az qorxacağıq, qələbələr də olacaq”, - Rubina söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər