“Suriyada ruslarla birlikdə terrora qarşı mübarizə aparırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur. Əgər Türkiyədə müxalifət baş verənləri bu cür yozursa, bu, həm müxalifətin keyfiyyətini, həm də çəkisini ortaya qoyur. Hazırda Suriyada atdığımız bütün addımlar, xüsusilə Suriyanın şimalından Fəratın şərq və qərbinə, Aralıq dənizinə qədər olan bölgədə ruslarla gördüyümüz işlər çərçivəsində terrorla mübarizə aparılır. Terrora qarşı mübarizəmizi də burada birlikdə davam etdiririk. Bunların bir qismini ruslarla birlikdə edərkən, bir qismini də öz hərbçilərimiz və təhlükəsizlik qüvvələrimizlə həyata keçiririk”, - Ərdoğan bildirib.