19 Avqust 2022 16:58
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibə ərəfəsində Kiyevin tutulması planına uyğun olaraq, iki marionet hökumət qurmuşdu.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Nəşrin iddiasına görə, keçmiş prezident Viktor Yanukoviç və vətənə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçuk bu işdə FSB-yə fəal kömək edib.

Qəzet Medvedçuku “Rusiya lideri Vladimir Putinlə yaxın münasibətlər qurduqdan sonra Ukraynanın əsas rusiyayönlü partiyasının liderlərindən birinə çevrilmiş oliqarx” adlandırır.

Nəşrin məlumatına görə, Yanukoviç Kiyevdə hakimiyyətini bərpa etmək üçün martın əvvəlində Belarusda toplaşan qrupa rəhbərlik edib.

Regionlar Partiyasının keçmiş üzvlərinin daxil olduğu ikinci qrup Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərində toplaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər