20 Avqust 2022 11:25
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara dəniz donanması Krımdakı son partlayışlardan sonra müdafiə mövqeyinə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda Ukrayna Silahlı Qüvvələrinin son hava zərbələrindən sonra bölgədəki Rusiya donanmasına məxsus dəniz aviasiyasının ən azı yarısının sıradan çıxdığı bildirilib.

Məlumata görə, Rusiyanın Qara dənizdəki 34-cü Dəniz Hücum Aviasiya Alayına ümumi sayı təxminən 20 döyüş təyyarəsi (Su-24M və Su-30SM təyyarələri daxil olmaqla) olan iki eskadrilya daxildir. Hücumlar zamanı ən azı 7-10 təyyarənin zədələndiyi və ya məhv edildiyi deyilir.

Rusiyanın Krımdakı iki bazasında hələ də onlarla döyüş təyyarəsi var.

Cənubda növbəti hücumlar müharibənin gedişatına strateji təsir göstərəcək. Hər şey Ukraynanın bu aktivlik səviyyəsini qoruyub saxlaya bilib-bilməyəcəyindən asılı olacaq.

Eyni zamanda, ruslar Xerson vilayətinin cənubunda qoşunların təchizatı ilə bağlı problemlər yaşayırlar. Məlumata görə, Ukraynanın mümkün hücumuna hazırlıq məqsədilə cənuba bir neçə minə yaxın əlavə qüvvə göndərilib.

İddiaya görə, Rusiya Qara dəniz donanmasının Krımdakı obyektlərinə dəqiq zərbələr endirilməsindən sonra donanmanın komandanı gizli şəkildə dəyişdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər