20 Avqust 2022 20:09
65 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Baş naziri Şahbaz Şərif Hindistanla dialoq yolu ilə davamlı sülh istədiklərini, müharibənin iki ölkə üçün seçim olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, Şərif Cənubi Asiyada uzunmüddətli sülhün Cammu-Kəşmir probleminin BMT-nin qərarları və Kəşmir xalqının istəkləri əsasında həllindən asılı olduğunu bildirib.

“Hindistanla dialoq yolu ilə daimi sülh istəyirik. Müharibə iki ölkə üçün seçim deyil”, - Pakistan baş naziri vurğulayıb.

Çin-Pakistan münasibətlərinə də toxunan Şərif Pekinin İslamabadın xarici siyasətinin təməl daşlarından biri olduğunu və Çin-Pakistan İqtisadi Dəhlizi ilə əlaqələrin yeni ölçü qazandığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər