İtaliyada 700-dən çox insan vergi və qanuni güzəştlər vəd edən, amma mövcud olmayan bir dövlətin vətəndaşlığını əldə edib.
Teleqraf.com xəbər verir ki, fırıldaqçılar olmayan ölkəyə "San Giorgio Teokratik Antarktika Dövləti" adını veriblər.
İtaliya dövləti saxta ölkənin pasportunu sataraq yüzlərlə insanı 400 min avroya aldadan dəstənin qarşısını alıb. Ölkənin cənubundakı Satanzaro şəhərində həyata keçirilən əməliyyatda fırıldaqçı dəstə üzvü olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb. “Var olmayan ada” adlandırılan əməliyyatda 30 nəfər barəsində cinayət işi açılıb.
İstintaq altında olan şəxslər İtaliyanın müxtəlif bölgələrinin sakinləridir, ancaq fırıldaqların əsas mərkəzləri Kalabriya, Siciliya və Teramoda müəyyən edilib.
Sənədlərin formal görünməsi üçün onların bir çoxu guya “rəsmi qəzet” başlığı altında dərc edilib.
Şübhəlilərə qarşı ittihamlara sui-qəsd, dələduzluq, ölkədən çıxarma və çirkli pulların yuyulması üçün etibarlı saxta sənədlər hazırlamaq və saxlamaq daxildir.
Araşdırmalara görə, “San Giorgio Teokratik Antarktika Dövləti"nin fırıldaq sistemi sayəsində Maltada yerləşən bir hesab vasitəsilə ən azı 400 min avro rüsum qanunsuz olaraq əldə edilib.
Bildirilir ki, dəstə “San Giorgio Teokratik Antarktika Dövləti” adlı saxta ölkənin pasportunu alanlara vergi güzəşti, diplomatik qorunma və COVID peyvəndindən azad olunacağını vəd edib.
Məlumatlara görə, dəstə saxta dövlətin “siravi” vətəndaşlığını 200 avroya satırmış, “zadəgan təbəqəsi”nə daxil olmaq istəyənlərdən isə 1 000 avro alırmış.