Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın koronavirusa yoluxduğu dövrdə halva şəklini paylaşan üzgüçü Dərya Büyüküncünün istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, hakim Dərya Büyüküncünü prezidenti təhqir ittihamı ilə 8 il 2 ay müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
Qeyd edək ki, Derya Büyükuncu Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxduğu zaman halva şəklini paylaşaraq yazıb: “Koronavirus olmuş və dualar istəyir. Edirik, edirik, narahat olmasın. 20 qab halva hazırlamağa başladım. Vaxtı gələndə bütün məhəlləyə paylayacam”.
Qalmaqallı paylaşımdan sonra İstanbul Baş Prokurorluğu 2022-ci il fevralın 7-də Derya Büyükuncu barəsində həbs qərarı çıxarıb.