20 Avqust 2022 17:22
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibə başlayana kimi bunun qarşısını almağa çalışırdı".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar BMT Baş katibi Antonio Quterreşlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Nazir daha sonra Türkiyə liderinin müharibədən bir gün əvvəl rusiyalı həmkarı Vladimir Putinlə danışdığını xatırladaraq deyib: "Dövlət başçımız səylərini davam etdirəcək. Belə bir fürsət olarsa, Prezidentimiz həm rusiyalı, həm də ukraynalı həmkarı ilə görüşəcək. O, bundan məmnun olacaq".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər