Rusiya Müdafiə Nazirliyi Ukraynanın Zaporojye vilayətində rus əsgərlərini zəhərlədiyini iddia edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Rusiya Müdafiə Nazirliyindən yeni açıqlama gəlib.
Bildirilib ki, Ukraynanın ölkənin cənub-şərq bölgəsində və Rusiyanın nəzarətində olan Zaporojyedə rus əsgərlərini zəhərlədiyi iddia edilib.
Araşdırmalar göstərib ki, bir çox insanın bədənində B tipli botulinum toksin adlı zəhərli maddə tapılıb.
“Donbas və digər bölgələrdəki hərbi məğlubiyyətlərdən sonra Zelenski rejimi tərəfindən rus əsgərlərinə və mülki əhaliyə qarşı kimyəvi maddələrdən istifadə edilərək terror aktları törədilib. Rus əsgərləri ağır zəhərlənmə səbəbindən hərbi xəstəxanaya yerləşdirilib. Müayinələr nəticəsində əsgərlərin tərkibində botulinum toksini B tipli zəhərli maddə aşkar edilib”- açıqlamada bildirilib.