Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.
Teleqraf.com xəbər verir ki, təşkilatın yüksək səviyyəli idarəçisi məhv edilib.
Suriyanın şimalında Hasəkədə PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo əməliyyatla zərərsizləşdirilib. Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.
Kod adı Hebat Derik olan Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.