21 Avqust 2022 21:13
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brandon Dalaly adlı Tesla fanatı smartfonundan istifadə etmədən avtomobilinin kilidini açmaq üçün sağ əlinə çip yerləşdirib.

Teleqraf.com xəbər verir ki, o, kiçik çip sayəsində avtomobilini sağ əlindən istifadə edərək işə sala bilir.

Tətbiq biotexnoloji şirkət VivoKey tərəfindən yaradılmış beta test qrupu vasitəsilə ərəsəyə gətirilib. Beta test qrupunda olan Dalaly də bu əməliyyat üçün 400 dollar ödəyib.

Dalaly tvitter və yutub hesablarında sağ əlinə yerləşdirilmiş Apex çipinin şəkillərini də paylaşıb. Apex kontaktsızdır və biouyğun materialla örtülmüş kiçik çipdir. Çip təmassız əməliyyatlar üçün yaxın sahə rabitəsindən (NFC) istifadə edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər