Yaponiyanın baş naziri Fumio Kişida koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ötən axşam Fumio Kişidanın qızdırma və öskürək kimi əlamətlər müşahidə olunub.
Nazirin bu gün verdiyi testin nəticəsi pozitiv olub. Hazırda o, Tokiodakı iqamətgahında müalicə alır.