Bu gün Ukrayna-Rusiya sərhədində hər iki tərəfin silahlı qüvvələrinin bilavasitə iştirakı ilə şiddətli silahlı qarşıdurma yaşanıb. Bir neçə saat çəkən local döyüşlər zamanı Ukrayna antiterror qüvvələri rus diversiya qruplarının hücumunu dəf etməyə müvəffəq olublar.
Qeyd edək ki, bu, Krımın anneksiyası və Donbasın bir hissəsinin separatçılar tərəfindən ələ keçirilməsindən sonra iki ölkə arasında baş verən ilk açıq silahlı qarşıdurmadır. Bu ilin martından münasibətlərin gərginləşməsinə, Rusiyanın Ukraynada separatçıları dəstəkləməsinə, baş verən vətəndaş müharibəsinə baxmayaraq, tərəflər arasında indiyədək açıq hərbi incident qeydə alınmamışdı.
Bu səbəbdən həm rus, həm də Ukrayna mediası yaranan hərbi toqquşmanı lokal səviyyədə müharibənin başlaması kimi dəyərləndirirlər.
Teleqraf.com-un məlumatına görə, Ukrayna antiterror qüvvələrinin komandanlığı insidentlə bağlı açıqlama yayaraq, ölkənin silahlı qüvvələrin istənilən təxribat xarakterli hücumu dəfə etməyə hazır olduğunu bəyan edib.
Nail Cəlil