ABŞ hərbçiləri Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan ərazilərdən 137 neft çəni çıxarıb.
Teleqraf.com xəbər verir ki, güclü mühafizə altında iki neft tankeri karvanı Yarubiya sərhəd bölgəsindən İraqa yön alıb.
Məlumata görə, Suriya yanacağını ixrac edən birinci karvanda 122 tank, ikincidə 15 tank olub. Daşınma Suriyanın şimal-şərqinə nəzarət edən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinin dəstəyi ilə həyata keçirilib. Daşınan neft Suriyanın Əl-Cəzirə bölgəsindəki yataqlarından çıxarılıb.