Fələstin prezidenti Mahmud Abbas bazar ertəsi, avqustun 22-də üç günlük rəsmi səfərlə Türkiyəyə gələcək.
Teleqraf.com xəbər verir ki, M.Abbasın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır, görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Bundan əlavə, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.