22 Avqust 2022 12:20
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Baş nazir Elizabet Bornun reytinqi Prezident Emmanuel Makronun reytinqini üstələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Journal du Dimanche” məlumat yayıb.

Aylıq sorğunun nəticələrinə görə, Makronun avqust ayında reytinqi 37 faiz olub. Fransızların 63 faizi onun fəaliyyətini bəyənmir, respondentlərin 75 faizi isə onun təhlükəsizlik siyasətindən narazıdır.

Bu arada, Fransa Baş naziri Elizabet Bornun reytinqi 41 faiz olub.

Gənclər, kiçik biznes nümayəndələri, eləcə də sağ mərkəzçi Respublikaçılar partiyasının üzvləri Borna müsbət münasibət bəsləyirlər.

Koronavirus pandemiyasının başlanğıcından bəri ilk dəfə Fransa əhalisinin bütün təbəqələri arasında prezidentin reytinqi bu qədər aşağı olub. Makron hətta 65 və daha yuxarı yaş qrupu, biznes və Respublikaçılar partiyasının tərəfdarlarını təmsil edən əsas elektoratı arasında da nüfuzunu itirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər